“Coca-Cola” şirkəti 2019-cu ilə qədər 3 milyard dollarlıq qənaət etmə planı çərçivəsində 1.800 işçisini işdən çıxarmağı planlaşdırır. Mövzuyla əlaqədar edilən şərhdə, “Yeni qlobal CMO-nun idaretməni ələ aldığı və “Coca-Cola”nı narahat edən satış rəqəmləri və qazlı içkilərə qarşı, sağlam şəkərsiz məhsul kampaniyaları mövzusunda artan təzyiqlərin bu dəyişikliyə səbəb olduğu” açıqlanıb.



1.600 -1.800 arası bir sayda olacaq olan işdən çıxarmalar “Coca-Cola”nın Atlanta ana mərkəzində olduğu qədər beynəlxalq ofislərdə də keçərli olacaq. “Coca-Cola”dan edilən bir digər şərhə görə isə "Şirkət içərisində, Coca-Cola Şimali Amerika və Coca-Cola Internationalda, gələcək aylarda meydana gələn dəyişmələr fərqli hissələrdə fərqli zamanlarda təqdim ediləcək".