2015-ci ilin Mart ayında Kiyevdə yeni beynəlxalq reklam festivalı WOW DONE AWARDS keçiriləcək. Xatırladaq ki, tədbir beynəlxalq tədbirdir və ilk dəfə keçirilir. "WOW DONE AWARDS" tərkibində təcrübi marketinq, promo və aktivliklər, birbaşa marketinq, rəqmsal marketinq (mobil də daxil), sosyal merketinq, PR komunikasiyaları və s.ni cəmləşdirən qeyri-media marketinq komunikasiyaları festivalıdır.
2 qrupa bölünmüş jüri bir-birindən müstəqil formada bütün daxil olmuş işləri festivalın bölmələrinə görə qiymətləndirirlər. Kreativ agentlikləri təmsil edən mütəxəssislər ilk beynəlxalq jüri qrupunu təmsil edəcəklər. Onlar daha çox kreativ işləri qiymətləndirəcəklər. İşlər 1-100 bal arası şkalada qiymətləndiriləcək və sonda hər bir iş ortalama qiymət alacaq.
Bütün qiymətlər festivalın rəsmi səhifəsində yayımlanacaq və beləcə bütün iştirakçılar qaliblərlə birlikdə digər işlərin də topladığı balları biləcəklər. İşlərin daxil olma qaydaları top beynəlxalq festivallara uyğun olaraq düzənlənmişdir. Halbuki, işlərin iştirakı üçün digər beynəlxalq tədbirlərdə olan məbləğin cəmi 10% həcmində ödəniş tələb olunur. Bu, iştirakçılara böyük tədbirlərə öz işlərini göndərməzdən əvvəl “test-drive” imkanı yaradır. İşlərin daxil olması 14 Yanvarda 2015 tarixində başlayıb, 20 Fevral 2015 tarixinə kimi davam edəcəkdir. Festival özü isə 19-20 Mart 2015 tarixlərində baş tutacaqdır. Festivalın proqramına ən yaxşı marketinq praktikaları konfransı və mükafatləndirma mərasimi daxildir və festivalın qala gecəsində hər kəs "WOW DONE AWARDS 2015" qaliblərini təbrik edə bilər.
Xatırladaq ki, “Facemark.az” ilk dəfə keçiriləcək olan "WOW DONE AWARDS"ın media partnyoru oldu.
