Beynəlxalq marketinq və reklam festivalı olan White Square artıq yeddinci dəfə Belarusiyanın paytaxtı Minsk şəhərində 23-25 Aprel tarixlərində keçiriləcək. "White Square" qısa zaman ərzində Şərqi Avropada iddialı və çox sürətlə inkişaf edən festival oldu.
Festival hər il dünyanın 25 ölkəsindən təqdim olunmuş işləri və iştirakçıları qəbul edir. Artıq yeddinci dəfədir ki, keçirilən festivalıda 13 müsabiqə var və müsabiqənin işləri yaradıcı münsiflər heyəti, dizayn münsiflər heyəti, marketinq münsiflər heyəti, interaktiv münsiflər heyəti, sosial reklam münsiflər heyəti tərəfindən qiymətləndirəcəkdir. Hal-hazırda dizayn münsiflər heyətinin siyahısı bəllidir.
Bu münsiflər heyəti açıq hava reklamında qrafik və rabitə, qablaşdırma / yarlıq müsabiqəsinin iştirakçılarının işlərini qiymətləndirəcək. "White Square"də mühakimə qərəzsizlik, obyektivlik və peşəkarlıq prinsipləri ilə tənzimlənir. İşləri qiymətləndirəcək olan bütün heyət Fevral ayı ərzində açıqlanacaq. Hal – hazırda işlərin verilməsi üçün əsas mərhələ davam edir. Festival haqqında daha ətraflı məlumatı rəsmi internet saytından www.adfest.by və +375 17 217 41 71; +375 17 217 41 61; +375 17 205 09 16; +375 17 306 44 73 əlaqə nömrələrindən əldə etmək olar.
