Beynəlxalq non-media marketinq festivalı WOW DONE AWARD'S şaquli marketinq xidmətləri üzrə işləri qiymətləndirəcək olan münsiflər heyətinin siyahısını açıqladı. Lakin bu hələ tam siyası deyil.
Xatırladaq ki, festivalda bir birindən asılı olmayan iki münsif heyəti iştirak edəcək. İşlər iki istiqamət üzrə qiymətləndiriləcəkdir: Marketinq bölümündə intizam - ən yaxşı həll və Sənaye - ən yaxşı sənaye həlli şöbələri.
Şaquli marketinq sahəsinin nümayəndələri yaradıcı həllərin orijinallığını, bazar üçün nə qədər yeni fikirlərin olduğunu və nə qədər agentlik və şirkətlərin işi düzgün yerinə yetirməməsi ilə bağlı sahələi qiymətləndirəcək. Şaquli marketinq sahəsinin münsiflər heyəti Avropanıntanınmış yaradıcı təşkilatlarının biznes peşəkarlarıdır. Bu sahənin hər bir münsif üzvü nəinki böyük təcrübəyə sahibdir Eyni zamanda yüksək dərəcəDƏ mükafatların sahibidir. Şaquli marketinq üzrə münsiflər heyəti:
Gianni Catalfamo: cc:catalfamo. təsisçi. İtaliya
Matthias Kindler: The Companies. İcraçı direktor. Almaniya
Ondrej Gottwald: garp*cz. İcraçı direktor. Çexiya
Patrizia Boglione: Angelini Design. Strateji və yaradıcı direktor. İtaliya
Grant Abovyan: TWIGA TOUCH. Art director. Rusiya
Pavel Dedkov: PRKVADRAT. Təsisçisi və yaradıcı direktor. Belarusiya
Maxim Boritko: AGAMA communications. İnteqrasiya və media layihələri üzrə yaradıcı direktor. Ukrayna
Yaxın zaman ərzində marketoloq və kommunikasiya agentliklərinin rəhbərlərindən ibarət olan sənaye münsiflər heyətinin siyahısı da açıqlanacaq. Son qeydiyyat tarixinə iki həftədən az bir zaman qalıb. Fevralın 20-si son gündür. Festival haqqında məlumat almaq üçün festival@vrk.org.ua (Ekaterina Grabovskaya), project@vrk.org.ua (Olga Podgorski) ünvanlarına yaza və ya +38 (044) 490 90 30 nömrəsinə zəng edə bilərsiniz.