Amerikanın e-ticarət saytı “Amazon” müəssisələrin ehtiyaclarını qarşılayacaq “Amazon Business”i təqdim edib. “Amazon”un bu həmləsi məşhur ticarət saytı “Alibaba”nın sahəsində liderliyinə qarşı bir həmlə olaraq qiymətləndirilir. Amerikanın e-ticarət nəhəngi “Amazon”un yeni tanıtdığı “Amazon Business”, müəssisələrin ehtiyaclarını qarşılayacaq bir bazar yeri və ya dükan kimi xidmət göstərəcəkdir. Şirkətlərin kiçik və böyük olmasından asılı olmayaraq bütün ehtiyaclarını qarşılamaq üçün yola çıxan “Amazon Business”, istifadəçilərinə fərdi hesablarda olmayan üstünlükləri verəcək.



Hesabın idarəedilməsi, sifariş və ödəmə tərəfində şirkətlər üçün daha çevik bir platforma təqdim olunacaq. B2B sahəsində “Alibaba"ya yetişmək üçün daha çox gecikmək istəməyən “Amazon”, 2 gündə sürətli sifariş xüsusiyyətini də 49 dollardan yuxarı alış-verişlərdə pulsuz olaraq təqdim edəcək. Amazon, “Amazon Business” vasitəsilə kredit imkanlarına qədər müxtəlif işlərlə müəssisələri özünə çəkəcək fürsətlər təqdim edəcək. “Amazon”, Mart ayının əvvəlində “Alibaba”nın Çindəki yarmarkası “Tallmall”ın içərisində öz mağazasını açdığından bəri “Amazon”un dəyəri “Alibaba”dan daha sürətlə yüksəlir və bu addımın “Amazon”un səhmlərinin qiymətini daha da artıracağına şübhə yoxdur.



Son aylardakı vəziyyət də “Amazon”un “Alibaba”nı yaxın bir zamanda geridə qoya biləcəyini göstərir. Çində insanların internet üzərindən, gerçək (fiziki) bir dükan açmadan mal alıb-satmaq, ödəniş etmək və alıcılarla görüşdürülməsi üzrə xidmətlər göstərən Alibaba Holdinq, habelə internet saytı üzərindən öz mağazalarından da məhsullar satır. “Alibaba” həmçinin çinlilərə sosial mediada “Twitter” və “Youtube”a bənzəyən xidmətlər də göstərir.Çinin daxili bazarındakı 600 milyondan çox internet istifadəçisi sayəsində “Alibaba”nın kommersiya fəaliyyətləri son 10 il ərzində böyük bir sürətlə artıb. “Alibaba"nın sahibi olduğu internet saytlarının ticarət əməliyyatı hərəkəti “Amazon.com” və “ebay.com”dan daha çoxdur.