Yol hərəkəti zamanı qayda pozuntularının videofiksasiya kompleksləri oğurluqda və ya başqa səbəblərdən axtarışda olan avtomobillərin nömrələrini qeydə alır. Bütün bu nömrələr xüsusi verilənlər bazasında saxlanılır və əgər belə maşın videokameraya düşərsə, kamera onu təyin edir və məlumat Situasiya mərkəzinə ötürülür. “Computerworld” jurnalının məlumatına görə, sistem sınaq rejimində ötən il dekabrın sonundan işləməyə başlayıb. Yanvar ayında isə sistemin köməyilə artıq 137 maşın saxlanılmışdır ki, onların arasında həm axtarışda olan, həm də yol-nəqliyyat hadisəsi yerindən “qaçan” maşınlar var.