Samsung Qualcomm şirkətləri qurğuların simsiz enerji toplaması texnologiyasının işlənməsini və tətbiqini sürətləndirəcək Alliance for Wireless Power (A4WP) təşkilatının yaradıldığını bəyan ediblər. Hər iki şirkət bu istiqamətdə təcrübəyə malikdir və təşkilata sözügedən şirkətlərdən başqa Ever Win Industries, Gill Industries, Peiker Acustic, Powermat Technologies SK Telecom korporasiyaları daxildir.


Onliner-in məlumatına görə, alyans avtomobillərdə, masa üzərilərində quraşdırılan qurğular üçün elektrik enerjisinin simsiz ötürülməsi, eləcə də eyni anda bir neçə aparatın enerji toplaması ilə məşğul olacaq. Şirkətlər müvafiq texnologiyaları mövcud həllərdən daha ucuz etməyə ümid edirlər.
A4WP-ın spesifikasiyası avtomobil, mebel, məişət texnikası və digər cihazlarda simsiz enerji toplamanın quraşdırılmasını nəzərdə tutur.