"Like A Girl" kampaniyasının ikinci reklam çarxı yayımlandı. İkinci reklam çarxında "Game of Thrones" serialının aktrisalarından olan Maisie Williams rol aldı. Reklam çarxında gənc qızlara və qadınlara ictimai normalara görə edə bilməyəcəkləri şeylər və bu mövzuda nə hiss etdikləri soruşulur. Daha sonra qadınlardan bu "edə bilməyəcəklərini" düşündükləri şeyləri bir qutunun üzərinə yazmaqları istənilir. Qadınlar bu qutuları aşırdaraq əslində edə bilməyəcəkləri heç bir şeyin olmadığını göstərir.
Gigiyenik məhsullar markası olan "P & G" eyni zamanda məktəblərdəki mövcud yetkinlik təhsilinin və etibarlı təhsil proqramının bir hissəsi olmaq üçün psixoloqlar və müəllimlərlə iş birliyi edib. Gənc qadınların hər zaman daha çox özünə güvənən və ilham verici videolar hazırlamağa davam etmək üçün video platforması TED ilə əməkdaşlıq etdi. Aktrisa Maisie Williams da kampaniyaya dəstək verdiyini ifadə edərək: "Like a Girl kampaniyasının hər zaman müsbət və düşündürücü olmasını sevirəm" deyib.
