Təşkilat Komitəsi 2015-ci ilin 24-27 Sentyabr tarixində Gürcüstanın ürəyi olan Batumidə ilk dəfə baş tutacaq AdBlackSea festivalı üçün münsiflər heyətini elan etdi. "Best Idea" münsiflər heyətinin sədri Berlin Schoolof Creative Leadership, Almaniyanın təsisçisi və prezidenti Michael Conrad olacaq. "Best Video Content&Other branded" münsiflər heyətinin sədri isə Mixer Braziliyanın təsisçisi və icraçı sədriJoao Daniel Tikhomiroff olacaq. "Best Video Content & Other branded", "Best Design, Print&Poster" və "Best Idea"nın komandası isə yaxın zamanda açıqlanacaq.



Michael Conrad: "Best Idea" münsiflər heyətinin sədri



Bu günümüzdə Dünyanın öndə gələn yaradıcı liderlik üzrə təhsil müəssisələrindən biri olan Berlin məktəbinin təsisçisidir. O, özkaryerasına 1968-ci ildə Young&Rubicam, Frankfurtda yazıçı kimi başlamışdır. Daha sonra Ogilvy&Mather Frankfurt, Frankfurtda "TBWA"da çalışmışdır. Sonra isə öz ortağı ilə birlikdə "İlin agentliyi" və "İlin əməkdaşlığı" mükafatlarına layiq görüldüyü Lürzer, Conrad agentliyini qurmuşdur. 1980-cı ildə Lürzer, Conrad agentliyi Leo Burnett Germany ilə birləşdi. İki ildən sonra isə agentliyin adı dəyişilərək "Michael Conrad & Leo Burnett" oldu. 1986-cı ildə Michael "Leo Burnett International"ın prezidenti və baş yaradıcı drektoru olmaq üçün Çikaqoya gəldi. 1996-cı ildə isə "Leo Burnett Worldwide"ın CCOsu və sədr müavini oldu. Michael Cannes, AdFest, Clio və Golden Drum kimi bir çox beynəlxalq reklam festivalların münsifi olub. Roger Hatchuel Lions Academ dekanı vəzifəsində çalışıb. "ADC Switzerland", "ADC Europe" və "ADC Germany"nin fəxri üzvüdür.



Joao Daniel Tikhomiroff: "Best Video Content & Other branded" münsiflər heyətinin sədri



O, "Cannes Lions"da çalışdığı zaman ərzində 41 mükafat aldığı üçün reklam sahəsində ikinci yeri tutur. O, "The Commercial Book" (D&AD Britaniya illik hesabatı) hesabatına görə dünyanın ən yaxşı 32 rejissoru siyahısına daxil olan yeganə Latın – Amerikan direktorudur. Həmçinin Braziliyada olan ən nüfuzlu Festivaldo Rio, Anuáriode Criaçãodo Clubede Criaçãode São Paulo, Caboré Award kimi və Taormina (İtalya), Berlinale, Reel World Film Festival (Toronto), Sitges (İspaniya), Pan African Film Festival (Los Angeles) və bu kimi digər beynəlxalq festivalların mükafatına layiq görülmüşdür. Çoxlu sayda milli və beynəlxalq televiziya kanalları üçün dram və sənədli filimlərin rejissorluğunu edib.



Bütün münsiflər heyəti 2015-ci ilin Sentyabr ayının 24-25-i qalibləri müəyyən etmək üçün Batumiyə getməyə hazırlaşır. Qaliblər isə Sentyabr ayının 27-si elan olunacaq. Xatırladaq ki, Avqustun 21-i işlərin qəbulu üçün son gündür. Festivalda iştirak etmək üçün mütləq şəkildə rəsmi saytda qeydiyyatdan keçmək lazımdır.Festival haqqında daha ətraflı məlumat almaq və ya hər hansı suala cavab tapmaq üçün 0038(044) 490-90-30, festival@vrk.org.ua - Catherine Grabovskaya vəproject@vrk.org.ua - Olga Podgorski ilə əlaqə saxlamaq lazımdır.