2015-ci ilin ikinci rübündə dünyanın ən böyük onlayn alış-veriş saytlarından biri olan "Amazon"un mənfəəti və satışları gözləntiləri aşıb. Amazon bu dövr üzrə 92 milyon dollar mənfəət açıqlayıb. Şirkətin satışları isə 20 faiz artımla 23,2 milyard dollara yüksəlib. Bu rəqəm keçən il 19,3 milyard dollar idi. Analitiklərin proqnozu isə 22,4 milyard dollar olmuşdu.Şirkət bir səhmə 19 sent divided ödəyəcək, gözlənti isə 14 sent idi. Amazon keçən ilin bu dövründə səhm başına 27 sent zərər açıqlamışdı.Balans məlumatlarının açıqlamasından sonra şirkətin səhmləri 19 faiz bahalaşıb.
Maliyyə Bazarları
Xəbərlər
Oxşar bölümlər
Ən son Xəbərlər
Bu gün
Həftəlik
Aylıq
Bugün
Həftəlik
Aylıq