22-ci "Golden Drum" dünyanın ən yüksək reytinqli reklam festivallarından biri olaraq "Yeni Avropa"nın (Mərkəzi, Şərqi və Cənubi Avropa və Mərkəzi Asiyanın bəzi ölkələri) 37 ölkəsindən olan agentlikləri 21 Avqusta qədər öz işlərini 17 müxtəlif başlıq, 99 müxtəlif kateqoriya altında daxil etməyə dəvət edir. İşlərin və nümayəndələrin qeydiyyatı bu saytdan mümkündür www.goldendrum.com.
Bu ilki "samballı" jurilərdən biri "McCann Worldgroup Latin Amerika" və "Karib" regionu kreativ direktoru, McCann Buenos Aires, Argentina prezidentdi və CEO-su, Single Channel juri prezidenti Chavo D’Emilio, digəri isə Happines, Belçika CEO-su və həmtəsisçisi və Multi Channel Prezidenti Geoffrey Hanstondur. Bu ilki "Golden Drum" festivalının 22 juri üzvü yaradıcı sənayenin ən təcrübəli üzvləridir. Onlar birlikdə 120-dən çox Kan şiri, 80-in üzərində Eurobest və LİA, ADC*E, FİAP, Clio mükafatları, Effie mükafatları, New York Festivals, Golden Drum və digər reklam yarışlarında onlarla mükafat qazanmışlar. Chavo D’Emilio, single channel jüri prezidenti: "Sizinlə bu festivalı bölüşmək mənim üçün böyük şərəf və həzzdir. Mən Cənubi Amerikadanam və həqiqətən də müxtəlif mədəniyyətlərin parçası olaraq təcrübə əldə etmək və həzz almaq istəyirəm. Mən düşünürəm ki, bu region möhtəşəm işlər görür və mən jüri prezidenti olaraq çalışacam ki, öz təcrübə global brendlərlə işləmə vizyonumu ortaya qoyum".
Geoffrey Hantson, Multi Channel Jüri Prezidenti 2015, Golden Drum festivalının multi channel üzrə daxil olan işlərini dəyərləndirəcək, eyni zamanda bu ilki dəyərləndirməyə necə yanaşma edəcəyi planını hazırlayıb: "Bu il Golden Drum festivalının Multi Channel jüri prezidenti seçilmək məni qürurlandırdı və şərəfləndirdi. Bu ilki işləri görmək və kolleqalarım olan jürilərlə edəcəyim müzakirələr üçün həddindən artıq səbrsizlənirəm. Mənim yanaşmam sadə olacaq: gəlin pisə pis deyək. gəlin yaxşıya yaxşı deyək və gəlin ortababa pis deyək. Bu bizə ilk seçimi etməkdə çox yardım edəcək. Bundan sonra isə mən düşünürəm ki, biz pozitivə fokuslanmalıyıq. Enerjimizi ideyanın necə yaxşı olması və nə üçün medalı haqq etməsi haqqında danışmağa xərcləyək". Golden Drum yarışı Yeni Avropanın 37 ölkəsindən ən yaxşı kretivləri, reklam, rəqəmsal, PR və media agentlikləri, reklamçıları, prodakşn və media şirkətlərini öz işlərini 21 Avqust tarixindən öncə daxil etməyə və prestijli Golden Drum mükafatı uğrunda mübarizə aparmağa dəvət edir. Online sistem hal-hazırda işlər və nümayəndələrin qeydiyyatı üçün açıqdır. Xatırladaq ki, Golden Drum festivalı, 13-16 Oktyabr tarixlərində Sloveniyanın Portoroz şəhərində Grand Bernardin otelində keçiriləcəkdir.
Vacib tarixlər:
İşlərin və nümayəndələrin qeydiyyatı: hal-hazırda açıqdır
işlərin qəbulu üçün son gün: 21 Avqust
Öncədən qeydiyyatdan keçən nümayəndələr üçün son qeydiyyat günü: 18 Sentyabr
Golden Drum əlaqə vasitələri:
Borut Odlazek, Public Relations
Golden Drum International Advertising Festival, Letališka cesta 35, 1000 Ljubljana, Slovenia
M: +386 30 313 513, E: press@goldendrum.com, W: www.goldendrum.com
Xatırladaq ki, "Facemark.az" saytı "Golden Drum"un media partnyorudur.


