Dünyanın ən yüksək reytinqli reklam festivallarından biri olan "Golden Drum" bu il 22-ci dəfə keçiriləcəkdir. İşlərin və nümayəndələrin qeydiyyatı www.goldendrum.com rəsmi saytından mümkündür. Festival "Yeni Avropa"nın (Mərkəzi, Şərqi və Cənubi Avropa və Mərkəzi Asiyanın bəzi ölkələri) 37 ölkəsindən olan agentlikləri 21 Avqusta qədər öz işlərini 17 müxtəlif başlıq, 99 müxtəlif kateqoriya altında daxil etməyə dəvət edir.





Vacib tarixlər:



İşlərin və nümayəndələrin qeydiyyatı: hal-hazırda açıqdır


işlərin qəbulu üçün son gün: 21 Avqust


Öncədən qeydiyyatdan keçən nümayəndələr üçün son qeydiyyat günü: 18 Sentyabr



Golden Drum əlaqə vasitələri:



Borut Odlazek, Public Relations


Golden Drum International Advertising Festival, Letališka cesta 35, 1000 Ljubljana, Slovenia


M: +386 30 313 513, E: press@goldendrum.com, W: www.goldendrum.com



Xatırladaq ki, "Facemark.az" saytı "Golden Drum"un media partnyoru oldu.