Məşhur avtomobilləri tez-tez yollarda görürük. Lakin bu məşhur avtomobil logolarının mənalarını bilmirik. Car Throttle içərisində "Audi", "Mercedes", "Chevrolet"in olduğu bir çox markanın logolarının mənaları ortaya çıxaran bir məqalə təqdim etdi. Məsələn "Alfa Romeo"nun logosunda tac taxmış, uşaq udan bir ilan görürük. Bəs bunun mənası nədir? "Mercedes"in ulduzu şirkətin torpaq, dəniz və hava üzərində qurduğu hegemonluğu təmsil edir.





"Audi" 1932-ci ildə Audi, Dkw, Horch və Wenderer adlı 4 müstəqil istehsalçının birləşməsi nəticəsində meydana gəlib. Loqodakı 4 halqa da bu 4 istehsalçını təmsil edir.





"Alfa Romeo"nun loqosunda tac taxmış, uşaq udan bir ilan təsvir olunub.Bu ilan eyni zamanda "Xaçlı Səfərləri"ndəki müvəffəqiyyətləriylə tanınan Visconti Ailəsinin gerbidir.





"Chevrolet" loqosunun anlamı üzərində bir çox nəzəriyyə mövcuddur. İlk fərziyyə bir divarkağızı dizaynından gəldiyi istiqamətindədir. Digər bir fərziyyəyə görə Louis Chevrolet İsveçrədə doğulduğu üçün, emblemin İsveçrə bayrağını simvolizə etdiyi istiqamətindədir.