Yaponiya alimləri simsiz texnologiyalar vasitəsilə məlumatların ötürülmə sürətinin rekord səviyyəsini qıraraq 542 GHs tezliyindən istifadə zamanı 3 Gbit/saniyə göstəricisinə nail ola biliblər. Məlumatların bu sürətdə ötürülməsi mövcud məişət Wi-Fi kanallarının imkanlarını 10 dəfə ötür.


Məlumatların ötürülməsi üçün alimlər terahers diapazonunda işləyən T-şüalardan istifadə ediblər. Bu yaxınlaradək mövcud texnologiyaların tətbiqi daha çox vəsait tələb etdiyindən, elektrik enerjisi sərfiyyatının çox olmasından bu işləmələrdən simsiz rabitənin aktual olduğu smartfon və digər qurğularda istifadəsi mümkün deyildi.
Artıq tibbi cihazlarda istifadə olunan T-şüaların mənfi cəhətləri sırasına onların dəmir və suyun içərisindən keçə bilməməsi, eləcə də qəbuledici-ötürücülərin müstəqim görünüş zonasında quraşdılmasına ehtiyac olması aid edilir.