IKEA, DreamWorks əməkdaşlığı nəticəsində başlatdığı yeni kampaniyası ilə daxilinizdəki uşağı tapmağa kömək edəcək. İsveçli mebel markası IKEA, yeni oyuncaqlarını 25 filmlik bir animasiya seriyası ilə tanıtmağa hazırlaşır.
Etdiyi araşdırma nəticəsində istehlakçıların 50%-nin daxilindəki uşağı axtardığını və valideynlərinin uşaqları ilə daha çox oyun oynamağı arzuladığını müəyyən edən marka, yeni kampaniyasında yaşlılar ilə uşaqları görüşdürməyi hədəfləyir.
IKEA yeni oyuncağı "Lattjo"nu tanıdacaq olan qısa filmi üçün DreamWorks Studios ilə çalışır. 2D və stop-motion animasiyalardan ibarət olan film böcəklər, bitkilər və heyvanlardan ilham alır. "IKEA"nın animasiya məzmunlu qısa film ardıcıllığının ilk videoları isə Noyabr ayında yayımlanacaq.