BANGKOK: 19-cu ADFEST 16 – 19 Mart tarixlərində Pattaya, Taylandda keçiriləcəkdir. "Yaradıcı zəka" mövzusu ilə, "ADFEST 2016"nın iştirakçıları fərqli düşünməyi və problemlərin öhdəsindən yeni və gözlənilməz yollarla gəlməyi öyrənəcəklər. ADFEST Prezidenti Jimmy Lam qeyd edir ki, "Yaradıcı zəka texnoloji innovasiyaların köməyi ilə sürətlə dəyişən dünyada daha yaxşı həllər tapmağı özündə əks etdirir".



"Bizim sənayenin yalnızca informasiyanı emal edən və datanı xırda hissələrə bölənlərə deyil, eyni zamanda hekayə anladıb şüurları məşğul edən insanlara ehtiytacı var. "ADFEST 2016"nın əsas məqsədi də məhz budur. Festival iştirakçıları yaradıcı zəkanı necə işlətməyi öyrənəcəklər". ADFEST 2016 bir daha Taylandın şərqi körfəzinin sahillərində və Bangkokdan bir saat məsafədə olan Pattaya sahil şəhərində yerləşən Royal Cliff Hotellər Qrupunda baş tutacaqdır. Vaşinqtondakı Design Armynin həmtəsisçisi və icraçı direktoru, eyni zamanda tədbirin dizayn jüri prezidenti Pum Lefebure ənənəyə uyğun olaraq, bu il də "ADFEST 2016"nın işarəsini yaradacaq. Lefebure gələn ilki tədbirin işarəsini bu ayın sonları ictimaiyyətə açıq elan edəcək. "ADFEST"in sədri, Vinit Suraphongchai deyir ki, "Texnologiya kimlər üçünsə dəyişilə bilər, kimlər üçünsə hələ də çox qeyri-müəyyəndir. Sən necə öz auditoriyana çata bilərsən? Sən necə nöqtələri birləşdirib insanlar üçün nəyin daha vacib olduğunu anlaya bilərsən? ADFEST 2016 bu sualların bəzilərinə cavab verəcək, sənayenin böyük data, sünii intellect kimi ən son tükürpədici mövzularına toxunacaq və bizim daha yaradıcı zəkalı olmağımıza yardım edəcəkdir. ADFEST 2016 Lotus mükafatları üçün işləri indi www.ADFEST.com saytında qeydiyyatdan keçirmək olar. İşlərin qəbulu üçün son tarix 15 Yanvar 2016-cı il tarixidir. Yalnızca aşağıdakı 6 bölmə üçün işlərin qəbulu 8 Yanvar 2016-cı il tarixidir. Bu bölmələr bunlardır: digər filmlər, radio Lotus, interaktiv Lotus, mobil Lotus, integrə olunmuş Lotus və İNNOVİA Lotus.