Motorola və Research in Motion (RIM) şirkətləri Avropa Telekommunikasiya Standartları İnstitutuna (European Telecommunications Standards Institute, ETSI - Mobil rabitə sahəsində standartların hazırlanmasına və qəbuluna məsul olan qurum) yeni nano-SİM – yeni nəsil sim-kartların növbəti layihəsini göndəriblər. 


Layihə öz-özlüyündə kompromis əsasında təşkil edilib, belə ki, layihə ETSI-ya Apple, Nokia, Motorola RIM şirkətləri tərəfindən baxılmaq üçün təqdim edilən işləmələrin xüsusiyyətlərini özündə birləşdirir, lakin əsas kimi Apple şirkətinin təklif etdiyi SIM-kart götürülüb.
 
 Motorola və RIM kartları tərəflərdən biri oyuq şəkilli olmaqla 12,3x8,8 millimetr ölçüsündə düzbucaqlı formada buraxmağı təklif edirlər. Ötürücüdən istifadə etməklə sim-kartı köhnə aparatlara quraşdırmaq mümkün olacaq. Apple öz layihəsində məhz buna təkid edib.
Telefona kartı taxmaq və ya əksinə, onu çıxarmaq üçün sim-kartın haşiyəsini sıxmaq (məsələn dırnaqla) təklif olunur. Apple isə öz layihəsində SIM-kartı siyirmə mexanizmdə yerləşdirməyə ehtiyac olduğunu qeyd edirdi.
Motorola və RIM-in təşəbbüsünü Galaxy smartfon və planşetlər istehsalçısı Samsung şirkəti də dəstəkləyib. Qeyd edək ki, şirkət baxılmaq üçün nano-SIM layihələrini təqdim etməyib.