Supermarketlər şəbəkəsi EDEKA "Jung Von Matt2 reklam agentliyi ilə birlikdə çox gözəl bir layihə təqdim etdi. Reklam çarxı parlaq bayram günlərində sevgiyə və qayğıya möhtac olan tənha insanları unutmamağa həsr olunub. "EDEKA"nın reklam çarxının baş qəhrəmanı bayram günlərində uşaqlarının onu ziyarət etmədiyi yaşlı bir dul kişidir. Yaşlı kişi diqqəti yenidən özünə cəlb etmək üçün çox maraqlı və bir az da amansız bir üsul tapır.



Twitter istifadəçiləri artıq şirkət tərəfindən təklif olunan #heimkommen həştəqini aktiv şəkildə istifadə edir. Reklam çarxı hal-hazırda "YouTube"da 10 milyondan çox insan tərəfindən izlənilmişdir.