Alman avtomobil istehsalçısı Volkswagen, "Dizel qalmaqalının" mərkəzində olduğundan korporativ strategiyanın dəyişdiyinə görə gələcək reklam kampaniyalarında özünün məşhur sloqanı olan "Das Auto"nu istifadə etməyəcək. Bu haqda məlumatı Reuters agentliyi verib. Şirkətin loqosu yeni sloqan ilə müşayiət olunacaq: "Volkswagen". Reuters qeyd edib ki, yeni reklam kampaniyası avtomobil istehsalçısının nüfuzunu bərpa etmək üçün nəzərdə tutulmuşdur. Bu ötən həftə keçirilən və "Volkswagen"in 2000 menecerinin iştirak etdiyi qapalı görüşdə müzakirə olunub.



Şirkətin əməkdaşlarından birinin sözünə əsasən "Volkswagen"in əvvəlki rəhbəri Martin Winterkorn dövründə 2007-ci ildə təsdiq olunmuş "Das Auto" sloqanı "mütləqdir". Volkswagen, avtomobillərdə "ABŞ"ın ciddi ekoloji standartlarına uyğun olmayan proqram təminatının aşkarlanmasından sonra qalmaqalın mərkəzində yer aldı. Avtomobil nəhənginə qarşı araşdırmalar artıq Avropa və Asiyanın bir sıra ölkələrində başlayıb. "Volkswagen"in mətbuat şərhində qeyd edildiyi kimi avtomobillərin buraxdığı zərərli maddələrin ekoloji göstəricilərinin saxdalaşdırılma problemi bütün dünyada 11 milyon avtomobilə aiddir. Bu böhran nəticələrinin aradan qaldırılması şirkətə 6,7 milyard yevroya başa gəlmişdir.