"Coca Cola" fərqli məhsul qruplarında Diet Coke, Fanta, Sprite və bənzər markalar ilə saniyədə orta hesabla 10.000 məhsul istehsal edir. Dünya səviyyəsində tanınan, 200-dən çox ölkədə istehlaka təqdim edilən bir marka haqqında bu ana qədər hər şeyi eşitmisiniz və onun haqqında çox şeyi bilirsiniz. Elə deyilmi? Bir də aşağıdakılara diqqət edək ![]()
Coca Cola 1886-cı ildəki reklamında ilk olaraq sinirlərə və yorğunluğa yaxşı təsir edən bir tonik olaraq bazara təqdim edilmişdir.

Coca Cola 1903-cü ilin əvvəlində hər şüşə başına 9 milliqram kokain ehtiva edirdi. Daha sonra istehlakının yayılmağa başlamasıyla birlikdə 1903-cü ildən sonra kokain tərkib içərisindən çıxarıldı.

Dünyada Coca Cola satışı olmayan yalnız iki ölkə vardır: Kuba və Şimali Koreya.

"Coca Cola"nın ildə ortalama 1 milyard dollardan çox satışı olan ən məşhur məhsulları aşağıdakılardır.

"Coca Cola"nın illik qazancının 83.8 milyard dollar olduğu təxmin edilir. Bu da Subway, Pepsi və "KFC"nin bütün gəlirinin cəminə bərabərdir.

1985-ci ildə Coca Cola kosmosa gedən ilk içki oldu
. Bəli yanlış deyil, Challenger adlı kosmik xidmət ilə test məqsədi üçün göndərilən Coca Cola nümunələri aşağıdakılardır.

"Coca Cola"nı içmək üçün lazım olan ən ideal temperatur 1 ilə 3 dərəcə arasıdır.
