Ötən həftə Las – Vegasda keçirilən CES 2016 sərgisində yeniliklər təqdim edildi. "Nivea""Leo Burnett Madrid" mavi qabda olan kremin yeni reklam çarxını təqdim etdi. Reklam çarxı insan hisslərinin və emosiyalarının texnologiya üzərində qalibiyyətindən bəhs edir. Laura Madriddə yaşayır onun oğlu Pablo isə Paraqvayda. Onları təyyarə ilə 14 saat yol ayırır. Və bəzi səbəblərdən onlar Yeni İli birlikdə keçirə bilməyib.



Bunu bilən Nivea marketoloqları ailəni "İkinci Dəri" təcrübəsində iştirak etmək üçün dəvət edib. Layihə Leo Burnett Madrid tərəfindən düşünülüb. Nanotexnologiya mütəxəssisləri iştirakçılara bildirb ki, bir neçə il sonra insanlar ayrılıq zamanı nəinki bir – birini görmək və eşitmək hətta həmsöhbətinin toxunuşunu belə hiss edəcəkləri virtual reallıq sistemi üzərində çalışırlar. Alimlərin sözlərinə əsasən bu insan dərisini imitasiya edən və "hiss etmək" qabiliyyəti olan xüsusi parçalar vasitəsilə mümkün olacaq. Ilk öncə reklam çarxı bu təcrübənin bir hissəsi kimi görünür. Çox təsirlidir. Axı real hisslər daha önəmlidir. "Leo Burnett Madrid"in baş yaradıcı direktoru Juan Garcia-Escudero bildirib ki, "dünya insanları bir araya gətirən texnologiya sayəsində şərti olaraq daha kiçikdir. Məhz elə buna görə də biz real ünsiyyət və insani istiliyi unuduruq. Bu isə doğru deyil".