Beləliklə, bir çox şirkətlər veb saytların nəyə xidmət etdiyini elə də dərk etmirlər. Bir balaca araşdırma edək, saytlar təşkilatlara, şirkətlərə, iş adamlarına nəyə görə lazımdır? Çalışacam sadə dilnən sizlərə yazımda izah edəm.
Sayt qarşısında qoyulan tipik məqsədlər:
1. Şirkətin imicinin irəliləməsi və internetdə daima dəstəklənməsi (İmicin yaradılması)
2. Firmanın xidmətləri barədə daha ətraflı məlumatların verilməsi
3. Firma reklamının İnternetdə yayılması (reklamların rahatlıqla yerləşdirilməsi)
4. Yeni müştərilərin cəlb edilməsi və tərəfdaşları olan şirkətin saytından, mal və xidmətlərin satışının artımına kömək etmək.
Gəlin daha ətraflı bu bəndlərin hər birini nəzərdən keçirək:
İmicin yaradılması
XXI əsr informasiya texnologiyaları dövrüdür. Azərbaycanda və xaricdə biznes məqsədilə çoxlu sayda insan internetdən istifadə edir. Özünə hörmət edən firmanın vizit kartında şirkətin telefon və ünvanlarından başqa onun saytının ünvanı həmişə var və daima aktivdir.
İnternet saytsız şirkət, sanki normal ofisi, heç bir şəraiti olmayan bir ofisə bənzəyir. Bir tək səbəb bu deyil, sadəcə yanlış olaraq belə bir firma haqqında müsbət nəsə demək olar. Şirkətin saytının mövcudluğu - bu firmanın imicinin dəstəklənməsi deməkdir.
Belə düşünürəm ki, şirkət zamanla inkişafa gedir və texniki tərəqqinin bütün nailiyyətlərindən istifadə edir. Firmanın saytı olmadan potensial müştərinin gözündə çəkisi az olur və bu tendensiya durmadan artır.
İnformasiya – Məlumatlılıq
Yeni müştərilər firmanın işinin incəlikləri və xidmətləri haqqında yeni məlumatları saytdan əldə edirlər. İndi tez-tez eşitmək olar: "Bizim şirkət haqqında daha ətraflı məlumatı Siz saytımızda www.domain.az, təklif olunan məhsul və xidmətlərdən yararlana bilərsiniz. Saytımızın ünvanı vizit kartında göstərilir və s.". Bir çox şirkətlərin məlumatları vaxtaşırı dəyişir, yeni dəyişikliklər barədə artmaqda olan müştəriləri məlumatlandırmaq lazımdır və çox vaxt bu yükə çevrilir.
Şirkətin bütün son dəyişikliklərini saytda əks etdirmək, yeniliklər firmalar rahat, qiymət dəyişikliyi, xidmət, şərait və s., onda hər bir müştəri saytdakı bütün yeni məlumatları asanlıqla izləyə bilər. İşlər müştəri bazası ilə sadələşdirilir, ucuz və sərfəli, vaxt itkisinə qənaət olunur.
Reklamların rahatlıqla yerləşdirilməsi
Daha çox sayda şirkətlər internet reklama pul qoyurlar və bu ən ucuz reklam hesab edilir. Təəccüblü deyil ki, bu böyük auditoriyanı əhatə etməyə imkan verən maksimum səmərə əldə etmək üçün bir addımdır. İnternetdə reklam şirkətlər üçün sərfəlidir, bunu başa düşmək lazımdır və əvvəlcədən hər hansı bir şirkətlə və ya professional şəkildə bu işdə anlayışı olan mütəxəssislərlə məsləhətləşmək lazımdır.
Təəssüflər olsun ki, bir cox şikətlərdə reklam şöbələri mövcud deyil, mövcud olanlarda isə reklam anlayışı olmayan təcrübəsiz kadrlar çalışırlar. Məhz bu üzdən şirkətin reklam siyasəti düzgün aparılmır.
Veb sayt istifadəçilərin sayına çox böyük müsbət təsir edir və bu şirkətin məhsul və xidmətləri haqqında məlumat (reklam) çatdırmağa imkan verir.
Kommersiya imkanları
Sayt vasitəsi ilə şirkətin mal və xidmətlərini satmaq olar. Potensial alıcıların (Azərbaycan və bütün dünya) sayını nəzərə alsaq böyük cəlbedici ticarət meydançası – internetdir.
"İnternet – məhdudiyyətlər qoyulmayan böyük bir kitabxanadır"
İnternetdə öz biznesini qurmaq asan deyil, lakin bu çox sərfəlidir. Azərbaycanda məşhur internet-mağazaları shopera.az, hesabli.com, topshop.az, artıq uzun illərdir bütün alıcılara malları uğurla satılır.
Yeri gəlmişkən, ilin "Sevimli Brendləri" adı alanların siyahısında olan www.shopera.az saytıdır. Bu sayt illərdir müştərilərin xidmətindədir. Şirkətin yaradıcılarından olan, dostumuz Rəşad Camalı ilin "Sevimli Brend"inə yüksəlməsi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm, uğurlarınınız daha da bol olsun!
Çətin ki, fiziki ofis müştərilərin sayını artıracaq. İkinci mühüm üstünlük ondadır ki, ticarətin avtomatlaşdırılması internet vasitəsilə həyata keçir. Bütün əməliyyatlar avtomatik rejimdə məlumat bazasına daxil edilir – məlumatın yazılması, sənədlərin, hesabdan çıxarışa görə baş verən və buna görə çoxlu sayda personal tələb olunmur.