Bu il artıq 2-ci dəfə keçiriləcək olan beynəlxalq reklam festivalı WOW DONE AWARDS 2016 işlərin qəbulunu açıq elan edir. Müsabiqə proqramında bu ilin əsas yeniliyi DIGITAL istiqaməti hesab olunur. Müsabiqə işləri non-media.com saytında qəbul olunur. Festival Mərkəzi Asiya və Azərbaycanda yaradıcılıq reytinqinə daxildir. WOW DONE AWARDS digital marketinq və kommunikasiya sahəsində layihələri həyata keçirən PR,digital agentliklər, reklamverənlər və bazarın bu kimi başqa oyunçuları üçün nəzərdə tutulmuşdur.



Festivalda üç istiqamət olacaq. Bunlar marketinq intizamı, digital (yeni istiqamət) və sənayedir. Birinci istiqamət üzrə münsiflər heyəti Experiential Marketing, Promo&Activation, Direct Marketing, Sponsorship/Charity Marketing, Brand PR Communications və bu kimi başqa kateqoriyalar üzrə marketinq bölməsində ən yaxşı həlləri qiymətləndirəcək. Sənaye sahəsində isə ən yaxşı sənaye həlləri qiymətləndiriləcək. Buraya telekommunikasiya, maliyyə xidmətləri, alkoqollu və alkoqolsuz içkilər, sağlamlıq və gözəllik üçün olan məhsullar, tibbi xidmət və bu kimi digər kateqoriyalar daxildir. Ənənəvi üzrə olan 2 istiqamətdən sonra bu il festivala daha bir istiqamət də əlavə olundu. Bu isə bayaq qeyd etdiyimiz kimi digital istiqamətidir. Buraya isə Craft, WebCampaign, WebPlatforms, OnlineAdvertising, OnlineVideo, Social və CreativeUseofData kateqoriyaları daxil olunub. Festivalda bir – birindən asılı olmayan üç bölmə üzrə münsiflər heyəti iştirak edəcək.



19 fevral 2016 tarixi qeydiyyat üçün son gündür. WOW DONE AWARDS festiavlı 17 – 18 mart 2016 tarixlərində iki gün ərzində Kiyevdə baş tutacaqdır. Festivalın proqramına marketinq və digital rabitə ilə bağlı ən aktual və həssas məsələlərin müzakirə olunacağı Best Marketing Practices konfransı və WOW DONE AWARDS mükafatlandırma mərasimi daxildir.