Argentinalı məşhur futbol ulduzu Lionel Messi "Huawei" brendinin siması oldu. Lionel Messi ilə əməkdaşlıq brendə olan istəyi və tələbatı artıracaq və maksimum nəticələr əldə etməyə kömək edəcək. Huawei şirkəti hesab edir ki, idman insanların həyatını daha da zənginləşdirir. Son bir neçə il ərzində şirkət "Milan", "Arsenal", "Atletico" kimi futbol klublarını və Robert Lewandowski və Alexis Sanchez kimi bir neçə futbolçunu dəstəkləyib.
"Lionel Messi bizə bütün dünyadan olan insanları ilhamlandırmağa kömək edəcək. Onların ideyaları və istəklərinin uğurla həyata keçirilməsini istiqamətləndirəcək. Bu hekayə gərgin əmək sərf edərək uğur qazanan və davamlı özünü inkişaf etdirən cəsarətli və cəsur bir insanın yoludur. Məhz elə buna görə də brend və futbolçu bir – birini tam olaraq tamamlayır" deyə, "Huawei Consumer Business Group" smartfonlarının istehsalı özrə məşğul olan sahənin prezidenti Kevin Ho bildirib.
