Alman avtomobil istehsalçısı Audi gündəmlə ayaqlaşmaq və gənc nəslin nəbzini tutmaq üçün ictimaiyyətə "İntellekt - Yeni "rock and roll"dur" adlı yeni bir strategiya təqdim etdi. Yeni strateqiya öz əksini yenilənmış "Audi A4"ün təqdimatının reklam kampaniyasında tapdı. O, cəmiyyətin inkişafında ağıllı texnikanın rolunun əvəzsiz olduğunu gözlər önünə sərən yeni dövrün gəlişini simvolizə edir. İdman avtomobillərindən tutmuş crossoverlərə qədər müxtəlif avtomobillər istehsal edən Audi, hər bir modeli inkişaf etmiş texnologiyaya uyğunlaşdırmağa çalışır.