Çinə məxsus “Zero Devices” şirkəti yeni hazırladığı məhsulu – ən kiçik mikrokomputeri təqdim edib. Cəmi 198 qram çəkisi olan MK802 adlı qurğunu ovucun içində rahat yerləşdirmək mümkündür. Onun gücü HD-videonu izləməyə və başqa gündəlik tapşırıqları yerinə yetirməyə kifayət edir.
MK802-nin məhsuldarlığını 1,5 QHs takt tezliyi olan 1 nüvəli Allwiner A10 prosessoru təmin edir. MicroSD kartından istifadə imkanına malik mikrokompyuterin bortunda 512 Mb əməli yaddaş və 4 Qb həcmi olan fləş-yaddaş var. Qurğu həmçinin USB 2.0, microUSB portları və Wi-Fi sistemilə təchiz olunub.
Yeni mikrokomputerin ən başlıca üstünlüyü onun qiymətinin çox ucuz - cəmi 74$ olmasıdır. Qurğunun əsas rəqibi olan FXI Cotton Candy isə 200$ dəyərindədir.
