LG şirkəti tərəfindən smartfonlar üçün görüntünü 1920x1080 piksel (Full HD) təsvir ölçüsündə göstərə bilən maye-kristal ekran (LCD) nümayiş olunub. 


Yeni ekranın diaqonalı beş düym təşkil edir və displeyin hər düymünə 440 piksel düşür. Müqayisə üçün qeyd edək ki, Samsung Galaxy S III smartfonunun ekranında piksel sıxlığı hər düym üçün 306, iPhone 4S-də 326 ədəddir. Samsung smartfonunun ekranının diaqonalı 4,8, iPhone-un 3,5 düym təşkil edir.
Yeni ekran LG-nin AH-IPS adlı texnologiyası əsasında hazırlanan matrisadan istifadə edir. Bu texnologiya sayəsində displeyin baxış bucağı artır, rənglərin ötürülməsi isə daha dəqiq olur. 
 
Hər düymün payına düşən piksellərin sayına görə LG-nin hazırladığı məhsul 2011-ci ilin payızında təqdim edilən Toshiba ekranından geri qalır. Lakin 6,1 düym diaqonala malik yapon istehsalçısının ekranı 498 piksellə təchiz olunmaqla indiyədək kütləvi istehsala verilmədiyi halda LG displeylərin tədarükünə 2012-ci ilin ikinci rübündə başlamağı planlaşdırır.