Microsoft korparasiyasının rəhbəri və dünyanın ən zəngin adamı Bill Qeyts Afrika ölkələrinin kasıb sakinlərinə kömək etmək məqsədi ilə toyuq yetişdirilməsi layihəsinin başlanmasını elan edib. Layihənin kuratoru rolunda təməli Bill və Melinda Qeyts tərəfindən qoyulmuş dünyanın ən böyük xeyriyyə fondu çıxış edəcək.
"Bu toyuq kiminsə həyatını xilas edə bilər", - layihənin şüarında deyilir. Layihə çərçivəsində Microsoft təsisçisi Afrikada yetişdirilməsi üçün 100 min toyuq alacaq. Bundan başqa biznesmen Afrika əhalisini quşçuluqla məşğul olmağa çağırıb və “start kapitalı” kimi onları bir neçə toyuq ilə təmin edəcəyini vəd edib.
Qeyts əmindir ki, quşçuluq tropik Afrika sakinlərinə öz həyatlarını yaxşılaşdırmaq üçün sadə və etibarlı yol ola bilər. Onun hesablamalarına görə 5 toyuq və xoruzdan ibarət balaca təsərrüfat 3 aydan sonra 40 yumurta qoyan toyuğa çevrilə bilər ki, onları da 5 dollardan satsalar ildə 1000 dollar qazanmaq olar.
“Əgər siz gündəlik 2 dollara yaşamalı olsaydınız, həyatınızı yaxşılaşdırımaq üçün nə edərdiniz? Bu dəhşətli yoxsulluq şəraitində yaşayan təxminən 1 milyard insana verilən real sualdır. Bəli mən onların yerində olsaydım, bilirəm nə edərdim - mən toyuqçuluqla məşğul olardım”, - deyə Qeyts bildirib.