Nike şirkəti 27 iyunda start veriləcək Uimbldon turnirinin iştirakçıları üçün nəzərdə tutulan tennis donları partiyasını geri çağırıb. The Drum-ın yazdığına görə tenisçilər paltarın çox qısa olmasından şikayətləniblər.



Turnirin seçmə mərhələsində iştirak edən idmançılar artıq Nike donlarını sınaqdan keçirib və şikayətləniblər. Paltar çox qısa olub, ona görə də idmançılar oyundan yayınmamaq üçün nə isə fikirləşməli olublar.



Belə ki, Çex idmançısı Lusiya Qradeskaya açıq olmasın deyə donun altından bridci geyinib. Britaniyalı Keti Bolter isə baş üçün sarğıdan kəmər kimi istifadə etməli olub.



Nəticədə, Nike idman formasından narazı olan bütün tennisçilərdən paltarları turnirin yaxınlığında xüsusi icarəyə götürülmüş evə göndərmələrini xahiş edib. Orada Nike ekspertləri paltarları düzəldib, idmançılara geri qaytaracaqlar.