Zara və Mango köynəyləri rusiya keyfiyyət sistemindən (Ruskeyfiyyətdən) keçə bilmədi. 26 köynək nümunəsi təhlükəsizlik və keyfiyyətin 12 parametrinə görə yoxlanılmışdır.
Yoxlama əsasən, Allan Neumann, Fortunato, Brostem, Dobroshiv, Conti UOMO, Authentic, O’STIN, VOGEL, Greg, Bruno Banani, River Island, Bonprix, H&M, Zara, TOPMAN, V.B, Galta, SELA, Hans Grubber, Baon, Oodji, John Jeniford, Favourite, Incity, Tom Farr, MNG,Chkalov, Livanso, Bellford brendləri üzərində aparılıb. Malların alınması böyük ticarət şəbəkələri, ənənəvi pərakəndə satış və online mağazalarda həyata keçirilib. Məhsulların qiyməti 800 – 4000 rubl arası olub.
Ən kobud keyfiyyət pozuntuları Zara, MNG, Bellford və John Jeniford markaların köynəylərində aşkarlanıb. Məlumatda deyilir ki, “John Jeniford markasına aid olan köynəyin əlvan boyası suyun, tərin təsirində tökülür. Zara, MNG, Bellford köynəyləri isə demək olar ki, hava buraxmır, bu da bədənin mikroiqliminə, deməli istehlakçının gigiyenasına mənfi təsir göstərir.”
Tədqiqata təqdim olunmuş məhsulların demək olar ki, yarısında pozuntular aşkar edilmişdir. Allan Neumann, Dobroshiv, Conti UOMO, VOGEL, Hans Grubber, John Jeniford, Favourite, Tom Farr, Livanso, Bellford kimi markalarda tərkib haqqında kənaraçıxmalar cüzidir. Lakin kobud saxtalaşdırma faktları Fortunato (80% pambıq deyilir, fakt 80% poliefir) və Brostem (80% pambıq deyilir, fakt 80% poliefir) markalarında aşkarlanmışdır.
“V.B-nin tam bambuk köynəyi - 100% kətan, 35% poliefir qarışığı deyilən SELA nümunəsinin isə 100% pambıqdan olduğu aşkarlanıb. Məhsulların faktiki tərkibini gizlətmək nəyə gərək idi? Kətan və pambıq təbii və daha bahalı məhsullardır” – Ruskeyfiyyət təəccüblə bildirmişdir.
Mütəxəssislər Authentic, Galta brendlərinin könəylərini keyfiyyətli və təhlükəsiz adlandırmışlar. Düzdür, bu məhsullar Ruskeyfiyyətin havakeçirmə və nəm emaldan sonra ölçünün saxlanması kimi daha sərt standartlarına cavab verə bilməmişdir. Bu tələblərə yalnız 6 marka məhsulları uyğun gəlmişdir: O’STIN (Çin), Greg (Belorusiya), H&M (Banqladeş), Oodji (Çin), Incity (Çin), Chkalov (Moldova). “Lakin bütün məhsullar xaricdə istehsal olunduğundan, Rusiya keyfiyyət nişanına iddia edə bilməz” – Ruskeyfiyyətdə izah etmişlər.