Federal kanalların efirinə yeni sedan Hyundai Elantra-nın videoçarxı çıxdı. Tanış adın olmasına baxmayaraq Hyundai Elantra - uğur və təkmilləşdirilmənin 20 illik nəticəsidir. Yeni Elantra - dinamika, stil və xarizma təcəssümüdür.
Hollivud bloqbaster stilində çəkilmiş videoda məhz bu haqda danışılır. Dolğun sujet tamaşaçını son saniyəyədək gərginlikdə saxlayır. Çarxın adaptasiyası ilə məşğul olan INNOCEAN WORLDWIDE RUSSIA agentliyi videonu daha da mükəmməl etmək üçün, rusiya internet seqmentində Kuraj-Bambey kimi tanınan Denis Kolesnikovu səsləndirməyə cəlb etməyi təklif etmişdir.
“Bizim üçün bu ən yaxşı layihələrdən biri idi - INNOCEAN WORLDWIDE RUSSIA-nın biznez direktoru Stanislav Safronov qeyd edib. – Bizim əla mənbə materialımız var idi, lakin kreativ komandamız və Denis ona daha çox həyat, dinamika və yumor verə bildi”.