“Pokemon GO”nun populyarlığı ardından, Nintendo "Dendy" kimi tanıdığımız NES oyun konsolunu rəflərdə qaytarır.
Nintendo ötən əsrin 80-90-cı illərində hit olan və bu günə kimi populyar olaraq qalan, "Dendy" kimi tanınan NES oyun konsolunun dirçəlişini təqdim edib. Yenilənmiş versiya NES Classic Edition adlanacaq və köhnə “Dendi” kimi olacaq, lakin ovuca yerləşə bilən daha kiçik ölçüdə. Alınarkən oyunda artıq 30 klassik oyunlar qurulacaq.
Bundan əlavə, Nintendo oyunu 80-ci illərin stilində çəkilmiş reklam çarxı ilə anons edib. Çarxda Super Mario Bros., Donkey Kong.Metroid-in və ötən əsrin sonlarında məşhur olan digər oyunların kadrları əks olunub.
NES Classic Edition oyununu cari ilin noyabrında sifariş etmək mümkün olacaq. Nintendo nümayəndələri oyunun yeni il üçün əla hədiyyə olacağına əmindilər.