Mozilla Foundation qeyri-kommersiya təşkilatı Firefox 13 brauzerinin sonuncu versiyasını buraxıb.


Yeni brauzerdə “Əsas səhifə”nin interfeysi yenidən işlənib (səhifə Firefox-u işə saldıqda açılır). İndi səhifədə “Seçilmiş istinadlar”, “Yükləmələr”, “Əlavələr”, baxış jurnalı, “Sinxronlaşdırma” və “Sazlama” kimi populyar alətlərə istinadlar yer alıb.   
 
Yeni pəncərə açan zaman əmələ gələn səhifənin xarici görünüşü də dəyişib. Hazırda orada həm Google Chrome, həm də Opera brauzerlərində olduğu kimi ən çox baxılan saytların kiçik şəkilləri (miniatürləri) əks olunur. İstifadəçi bu və ya digər resursun şəklini səhifəyə özü də əlavə edə bilər, Lenta yazır.
 
Firefox 13-də Reset (Firefox-u təkrar bərpaetmə) düyməsi yaradılıb. Onu menyunun “Problemlərin həlli üçün məlumat” bölməsində tapmaq mümkündür. Düymə problemlər yarandıqda istifadəçinin məlumatlarını saxlamaqla brauzeri əvvəlki vəziyyətinə qaytarmağa imkan verir.  
Brauzerdə digər yeniliklər sırasında səhifənin daha rəvan baxılması və SPDY protokolunun dəstəklənməsini qeyd etmək olar. Firefox 13-də SPDY-nin tətbiq edildiyi saytlar bu protokolu dəstəkləməyən brauzerdəki saytlardan daha sürətli yüklənəcək.
Windows üçün Firefox 13-ün versiyasını buradan, Mac OS X üçün buradan yükləmək olar.