1939 ilin avqustun 19-da Fransız kimyaçı və ixtiraçısı Lui Jaka Mande Daqeranın əl izinin alınma metodunun (daqerrotip) patentini alan Fransa höküməti, daqerrotipi dünya ictimaiyyətinə töhfə etdi. Buna görə də, məhs bu gün dünyada Foto günü kimi qeyd olunur.
İndi isə foto tarixinə daha çox töhfə verən və hələ də tanınan markaların tarixinə nəzər salaq.
Kodak
Kodak amerika şirkəti ixtiraçı Corc İstmen və biznesmen Henri Stronq tərəfindən təsis edilmişdir. İstmenin ixtirası fotoemulsiyanı plastinlər ,sonralar isə plyonka üzərinə xüsusi üsulla çəkilməsinə əsaslanır. 1885 ildə Amerikanın Roçester şəhərində bu plyonkanın istehsalı ilə məşğul olan Eastman Dry Plate Company adlı şirkət yarandı.
Corc İstmen və Henri Stronq
Həmin ildə “Kodak” ticarət markası kimi qeydə alınır. “Siz düyməni sıxırsınız, qalanını biz edirik” ideyası altında kütləvi reklam kampaniyası başlayır.
Bu vaxta qədər foto qeyri-peşəkarlara hələ bu qədər əlçatan olmamışdır. Qiyməti 1 dollara olan 6 kadrlı plyonkaya malik fotoaparatlar yarandı. İstehsal etdiyi məhsulla tanınan şirkət 1892 ildə adını dəyişərək Eastman Kodak Co. oldu.
XX əsrin ikinci yarısında şirkət sonda onu müflisliyə aparacaq 2 ən böyük səhfini buraxdı. əvvəlcə Kodan yapon istehsalçısı Fujifilmin bazara gəlmə anını əlindən buraxdı. Fujifilm daha keyfiyyətli plyonkaları daha ucuz qiymətə təklif edirdi.
Kodak rəhbərliyi brendə güvənərək, hesab etdilər ki, istehlakçılar yenə də onların məhsulunu alacaq, lakin hər şey əksinə oldu və nəticədə yaponlar fotoplyonka və fotokağız bazarının böyük hissəsinə sahib oldular.
1977 ildə Kodak reklamı
Lakin Kodakın ən ciddi səhvi bazarda rəqəmsal fotokameraların yaranmasını diqqətə almaması oldu. Onların ilk modelləri yumşaq desək çox pis çəkirdilər lakin, ağıllı fikirlilər bilirdilər ki, gələcək məhs bu kameralar üzərində qurulub. Lakin Kodak bunu görməyərək plyonka istehsalını artırırdı.
Nəticədə Kodak onların istehsalına başlayanda bazar artıq Nikon və Canon arasında bölüşdürülmüşdür. 2006-cı ildə Kodak rəqəmsal kameralar istehsalından imtina edərək onu Flextronics şirkətinə satmağa məcbur oldu. 2009-ci ildə isə o plyonka istehsalından da imtina etdi.
Şirkəti xilas etmək cəhdləri boşa çıxdı və 2012 ilin yanvarında Eastman Kodak müflis elan olundu. Lakin, Kodak hələ də dünyada tanınan brendlərdən sayılır.
Nikon
Nikonun tarixi 1917 ildə üç kiçik yapon şirkətinin - Seisakusho, Iwaki Glass Co və Fujii Lens-in birləşərək Nippon Kogaku K.K. yaranmasından başlayır. Onun fəaliyyəti tamamilə imperator hərbi dəniz qüvvələri üçün optikanın yaradılmasına yönəldilmişdir. Hərbi texnikadan əlavə Nippon markası altında hərbi binokllar, sualtı gəmilər üçün periskoplar istehsal olunurdu.
Yalnız 1931-ci ildə şirkət mülki kamera modelini təqdim etdi. Bu Tessar sxemi əsasında hazırlanmış, orta formatlı Anytar 120mm\f4.5 fotokamerası oldu.
II Dünya müharibəsi zamanı Nippon Kogaku K.K. hərbi optika istehsalına qayıdır və Almaniya və Yaponiya təslim olana qədər bu məhsulları istehsal edir. Bundan sonra dərin böhran baş verir və 1945 ildə 19 zavod, 29 min işçi qüvvəsi olan şirkət işçi sayını 20 dəfə azaldaraq, 1 zavodda fəaliyyət göstərməyə başlayır. Sülh vaxtının gəlməsi ilə şirkət hərbi avadanlıqları daha dinc və tələb olunan optika ilə əvəz edir.
80-90-cı illərdə illərdə foto avadanlıq istehsal edən bir çox aparıcı şirkətləri, rəqəmsal texnologiyanın tətbiqi ilə məşğul olmağa başlayır. Nikon bu sahədə ilk məhsulunu 1986-cı ildə təqdim etdi və rəqəmsal kameralar seriyası istehsalını yalnız 1991-ci ildə təqdim etdi. 1995 ildə Nikon E2, 1999 ildə isə məşhur Nikon D1 buraxılır.
2006-cı ildən başlayaraq şirkət tamamilə rəqəmsal texnikanın istehsalına keçir. Yalnız köhnə tərəfdaşı «Cosina» ilə müqaviləsinə əsasən plyonkalı fotoaparatların kiçik partiyasını istehsal edir. Hal-hazırda o bütün növ fotokameraları istehsal edir.
Polaroid
Polaroid Corporation 1937 ildə dahi ixtiraçı Edvin Lend tərəfindən yaradılmışdır. 1948 ildə Polaroid fotoaparat bazarında inqilab edərək, şəkili çəkən kimi hazır fotonu çıxaran məhsul təqdim edir.
Lakin 90 illərin sonlarında Polaroid böhran dərinliklərində batmağa başladı. Ani fotolara maraq itməyə, rəqəmsal fotoaparatlara isə maraq artmağa başladı.
Mobil texnologiyaların inkişafı ilə vəziyyət tamamilə pisləşdi. Şirkətin satış həcmləri rekord həddə aşağı düşdü və restrukturizasiya imkanı əldə etmək üçün 2008 ildə şirkət özünü müflis elan etdi. Lakin restrukturizasiya də kömək etmədi və 2014 ildə şirkətin 65%-ni cəmi 70 milyon dollara investfonda satdıldı.
Leica
Leica adı - Leitz Cameranın (Leitzin kamerası) qısaldılmış formasıdır. Leica I ilk əvvəl heç bir uğur qazanmadı. Lakin bir neçə müddət sonra bu kamera öz sinfinin etalonuna çevrildi. Bu kameranın müəllifi alman mühəndis-metroloqu Oskar Barnak (Oskar Barnack) olmuşdur. Barnak 1936-cı ilə qədər yaşamış və öz əsərinin uğurunu görmüşdür. Şirkətin nailiyyətləri bir çox digər markalar üçün - Sovetin ФЭД-i və Yapon Canonu üçün əsas olmuşdu. O illərin Leica kamerası əsl muzey dəyərinə malikdir, kolleksionerlərin arzusudur. Onlardan bir çoxları hələ də işlək vəziyyətdə ehtiyatla saxlanılır.
Leica 1, 1928 il
“Leykadan” bir çox məşhur fotoqraflar və jurnalistlər istifadə edirdilər. Bir çox məşhur fotolar bu kameralar vasitəsilə yaradılmışdır.
Leica kamerası ilə çəkilmiş ən məşhur fotolardan biri. O, 1960-cı ildə Alberto Korda tərəfindən çəkilmişdir.
Hal-hazırda Leica Microsystems hər biri öz sahəsində lider olan dörd bölmələrdən ibarətdir: Biosystems Division, Surgical Division, Industry Division və Life Science Division.
Zenit
"Zenit" - 1952-ci ildən Krasnoqorsk mexaniki zavod tərəfindən istehsal olunan kiçik formatlı, professional səviyyəli "güzgü" kameradır. Bu kameralar təkcə az inkişaf etmiş ölkələrdə deyil, həm də bir çox avropa ölkələrində populyar idi. Daha çox “E” seriya Zenit aparatlarına ehtiyac duyulurdu.
20-ci əsrin ən kütləvi güzgü aparatı kimi tarixə düşən Zenit Sovet foto sənayesinin ən parlaq nəaliyyəti və fəxri hesab olunur. Hal-hazırda kütləvi populyarlığını itirdiyinə baxmayaraq Zenit bu gün də aparatdan istifadə edən fotohəvəskarlara hələ də çox əzizdir.





