Mars Chocolate şirkəti qovrulmuş badam və fıstıqlı Snickers şokoladının məhdud seriyasını buraxır. Məhsul xüsusi olaraq rusiya bazarı üçün istehsal olunacaq və cari ayda satışa çıxacaq.



Məhdud seriyanın buraxılması şirkətin illik ənənəsidir. 2014 ildə günəbaxan tumları ilə, 2015 ildə isə SNICKERS fıstıq buntu adı altında fıstıqlı şokolad məhdud sayda istehsal olundu. Badamlı Snickers 2013 ildə də buraxılmışdır və çox böyük populyarlıq qazanaraq Mars şirkətinin bazar payını xeyli artırdı.



2016 ilin məhdud seriyasını buraxarkən şirkət ilk növbədə istehlakçıların fikrinə əsaslandı. Rusiyada ən populyar isə badamlı şokoladdır. Bundan əlavə, badam B qrupu vitaminlər və vitamin E ilə zəngindir, həmçinin onun tərkibində fosfor, maqnezium, kalium, kalsium kimi minerallar vardır.



Yeni məhdud seriya üçün televiziyada reklam kampaniyası həyata keçiriləcək. Kampaniya şərq motivlərinə əsaslanacaq, belə ki, badam əsasən şərq şirniyyatlarının tərkib hissəsi hesab olunur.