Yeni idman ayaqqabı dizaynı Puma şirkəti və BMW Designworks bölməsi tərəfindən tərtib edilib. Yeni qaçış üçün ayaqqabı BMW yeni konsept-karın eksteryerində istifadə olunan elastik materialdan tikilib. Ayaqqabının qaytanı yoxdur, onu ayaqda bərkitmək üçün xüsusi diskdən istifadə olunur.



Ayaqqabının yaradılmasına, 2008-ci ildə təqdim olunmuş BMW GINA Light Visionary Model konsept-kar ilhamlandırmışdır. Ayaqqabı elastik və çox yüngül GINA materialından hazırlanmışdır ki, bu da tikiş sayını azaltmağa kömək etmişdir. Həmçinin avtomobildə də istifadə olunmuş material, ayaqqabı üçün daha incə və nəfəsalan edilmişdir.