Interbrand agentliyi 2016 Best Global Brands-in növbəti tədqiqatları haqqında hesabat dərc edib. Mütəxəssislərə görə, bu gün top üç ən bahalı markalara – Apple (178,1 milyard dollar), Google (133,2 milyard dollar) və Coca-Cola (73,1 milyard dollar) daxildir.
Top onluğa adı çəkilən üç liderdən əlavə Microsoft, Toyota, IBM, Samsung, Amazon, Mercedes-Benz və General Electric markaları daxildir. Apple dördüncü ildir ki, siyahıya başçılıq edir. 2013-cü ilə qədər lider olan Coca-Cola ötən ilki kimi üçüncüdür. Beləliklə, on qalibdən yeddisi texnologiya sektorunun nümayəndəsidir. Qalan üçü isə avtomobil istehsalçısıdır.
TOP-100 daxil olan brendlərin ümumi dəyəri 2015 il ilə müqayisədə 4,8% artaraq, 1,8 trilyon dollar olmuşdur. Hesabatda ayrı-ayrı markaların artım dinamikası da göstərilmişdir. Burada daha çox artım Facebook (+48%), onun ardınca Amazon (+33%) və LEGO (+25%) göstərmişdir.
Reytinqdə yeni şirkətlər də yer alıb: 44 və 48 yerlərdə uyğun olaraq, Hewlett-Packard – Hewlett-Packard Enterprise və HP Inc., 89-cu yerdə Dior və sonuncu yerdə Tesla.
Bütün reytinqlə buradan tanış ola bilərsiniz
