Nectarin agentliyinin bloggeri və marketoloqu Roman Zaripov təqaüdçünü internet ulduza çevirmək yolunu izah edib. Blogger layihəni 2 ay ərzində və 50 min rubl büdcə ilə həyata keçirməsini facebook-da paylaşıb.



Zaripovun sözlərinə görə, şəbəkələrdə məşhurlaşan Boris Bork, əslində bir otaqlı mənzildə kirayə qalan təqaüdçüdür. Bu təqaüdçünü internet ulduza çevirmək üçün, Zaripova və blogger Mişa “Mişanya”ya cəmi iki ay və 50 min rubl məbləğində pul tələb olunub. Bu ideyanın səbəbi, Zapirovun – 2016-ci ildə ulduzun təşviqi üçün bir neçə milyon məbləğin xərclənməli olduğunu iddia edən məqaləni oxuması olub.



Bloggerlər 60 yaşlı uğurlu kişi obrazını yaradaraq, ona bir neçə dəbli paltar almış və Instagram hesabı açaraq, kişinin millioner obrazında şəkillərini paylaşmışlar. Sonra bir neçə reklam postları alınıb. Bir neçə saat ərzində hesabın abunəçi sayı 2000 nəfərə çatıb. İstifadəçilər fəal şəkildə layk edir və postlara şərhlər yazırblar. Tədricən abunəçilərinin sayı 8000 nəfərə çatıb.



Zaripov öz postunda, insanları aldatmağın necə asan olduğuna təəccüblənir: “Bundan hansı nəticəyə gəlmək olar? Heç bir. Sadəcə 6 ay sonra, hələ də təəccüblənirəm ki, 2 ay ərzində 50 min rubl xərcləyərək, mövcud olmayan insana minlərlə yetkin insanı heç şübhə etmədən inandırmaq mümkün olsun. Əgər bizim xərclərə bir sıfır da əlavə etsək, Filip Kirkorova rəqib yaratmaq mümkündür”.