Bəlkə də eşitmiş olarsınız,
Kaliforniyada olan bir yanğınsöndürmə binasına 1901-ci ildə taxılan elektrik lapması, artıq 115 ildir ki, yanmağa davam edir. Amma bizim aldığınız elektrik lampası cəmi bir neçə aydan sonra xarab olur. Bu məqalədə bu məsələni qələmə alacağıq.



Elə deyilmi?


1924-cü il İtaliya, Cenova şəhəri
Elektrik lapmasının günümüzdəki kimi ortalama 1000 yox, 2500 saat və daha çox ömrə sahib olduğu zamanlar. Bu zaman bu məkanda görüşənlər elektrik lampası istehsalçıları və iqtisadi vəziyyətlərinə neqativ təsir edən çox önəmli bir məsələ üçün görüşməktəydilər. Elektrik lampaları o qədər dayanıqlı idi ki, bir şəxs yalnız uzun müddət sonra təkrar olaraq elektrik lapmasına ehtiyac duyurdu. Bu da gəlirlərə təsir edirdi. Bu görüşdə iştirak edənlər bir qərar alırlar - bundan sonra elektrik lampasının ömrü 2500 saatdan 1000 saata qədər azaldılacaq. Və buna əməl olunması ciddi şəkildə yoxlanılacaq. Bununla da elektrik lampaları daha tez xarab olmağa başladılar, insanlar daha çox almağa məcbur oldular və istehsalçılar da bu vəziyyətdən gəlirli çıxdılar. Baxmayaraq ki, 100.000 saat ömrə sahib elektrik lampaları çoxdan kəşf olunmuşdu, bu məsələ heç kəsə sərf etmirdi.



Bu Planlı köhnəlmənin əsasının qoyulmağı demək idi.
Bu hadisə sizə heç də yad gəlməsin, çünki planlı köhnəlmə günümüz həyatında geniş şəkildə istifadə olunur, xüsusilə də texnoloji sahədə.



Planlı köhnəlmə əşyaların ömürlərinin qəsdən müəyyən bir zamanda limitli tutulması deməkdir. Və alış-verişləri tezləşdirməkdir. Dediyimiz kimi, Planlı köhnəlmə gündəlik həyatımızda da var. Əvvəllər uzun müddət işləyən, amma indi zəmanət müddəti bitən kimi xarab olan soyuducular, telefonlar. Xarab olan, ehtiyat hissəsi tapılmayan, təmiri yenisindən daha başa gələn alətlər. Az qala hər il çıxan Samsung, Iphone moddelləri. Hər il, az qala hər fəsil dəyişən moda trendləri. Proqram yaddaşı yetmədiyi üçün yararsız qalan smartphone modelləri və s. Hər yanımızda var. İstəsək də, istəməsək də bu hadisənin bir parçasıyıq.




Şirkətlər 3 növ planlı köhnəlmə metodundan istifadə edilər:



1. Birbaşa metod:
Yəni ki hazırlanan əşyanın ömrünün qabaqcadan limitli tutulması. Məsələn deyirlər ki, bu televizora 2 il zəmanət var, elə 2 ilin sonunda da mütləq xarab olur. Əsasən də elektrik cihazları: Komputer, televizor və s.



2. Dolaylı metod:
Aldığımız əşyanın xarab olması yox, istifadə edə bilməyəcəyimiz vəziyyətə gətirilməsi
Yəqin qarşınıza çıxıb komputeriniz xarab olur, servisə aparırsınız, servis deyir ki, bunun ehtiyat hissəsi artıq çıxarılmır, ya da bunun təmir edilməsi yenisindən baha başa gəlir. Biz də “məntiqi” variantı seçib, yenisini alırıq. Ya da ki, telefonlarınız çox qəşəng işləyir amma istifadə etdiyiniz Facebook, Whatsapp application-larının həcmi o qədər artır ki, artıq telefona zorla proqram yükləyirik. Və ya şirkət elan edir ki, artıq bu telefon modellərinin proqram təminatını yeniləməyəcəyik..
Microsoft Office 2007 çıxanda da etmişdilər bunu. Əgər sizdə Microsoft Office 2003 idisə 2007 fayllarını aça bilmirdiniz, açılmırdı. Məcbur etmişdilər ki, 2003 paketi işləyə işləyə 2007 paketini alaq. Bunun örnəkləri kifayət qədər boldur, çoxdur.



3. Psixoloji metod.
Hər il yeni telefon çıxır, Iphone 4,5,6, Samsung S3,S4,S5,S6. Hələ ötən il aldığın Iphone 5-lə yetim kimi qalırsan ki, bu model artıq köhnədi. 6 çıxan kimi, havan da gedir. Çünki səndə artıq köhnə modeldir, köhnə. Fərqi yoxdur 1 ay qabaq almısan ya yox. Hər il yeni dəb elan edilir. Bu ilin, bu fəslin dəbi budur. Hələ keçən il aldığın köynəyi bu il geyinməkdə tərəddüd keçirirsən.
Psixoloji köhnəlməni ən sadə belə izah edim. Bir xanım 2-ci toya eyni paltarı geyinməyə az qala utanır ki, bunu əvvəl geyinmişəm, bunu görüblər, mənə nə deyərlər ay aman falan. Nəysə axır gedir təzə paltar alır, ya tikdirir.



Hər nəysə, öyrəndiniz ki hər nə qədər xəbəriniz olmasa da, gündəlik həyatınız sizdən pul qopartmaq üçün keyfiyyətsiz məhsullar istehsal edən şirkətlərlə doludur.
Bəlkə də birbaşa və dolaylı köhnəlməyə heç nə edə bilməzsiniz, amma psixoloji köhnəlməyə diqqət edin, özünüzü başqalarının pul maraqlarının qurbanı etməyin.