Londonun Hitrou aeroportunun rəsmi kanalında, baş qəhrəmanları oyuncaq ayılar olan, yeni il çarxı yerləşdirilib. Onlar yaşlı evli cütlükdür və aeroportda hərəkət etməyə çətinlik çəkir, eskalatora ehtiyatla minir, baqajlarını götürməyə çətinlik çəkirlər. Çarxın finalında ayılar yaşlı insanlara çevrilir və onları qohumları qarşılayır. Sonda belə bir reklam sloqanı görünür: “Evə qayıdış - ən gözəl hədiyyədir”. Video Aardman Animations şirkətinin iştirakı ilə hazırlanıb.