Azərbaycanın badminton idman növü üzrə 15 yaşadək gənclərdən ibarət milli yığma komandası (U-15) Şimalı Kipr Türk Respublikasında keçirilən beynəlxalq turnirdə ikinci yerə layiq görülüb.



Azərbaycan yığması Girne şəhərində keçirilən “XVI Dr. Fazil küçük idman oyunları” turnirində Türkiyə, Gürcüstan, Makedoniya və Şimalı Kiprin birinci və ikinci komandaları ilə qarşılaşıb. Yarışda Azərbaycanı gənclərdən ibarətyığma komandanın məqşqçisi Ceyhun Əlizadənin rəhbərliyi altındaaltı idmançı təmsil edib: Nigar Əliyeva, Nazənin Əvesta, Negin Əvesta, Adəm Əliyev, Asiman Məsiyev və Vaqif Səfərzadə.



Yarışın nəticələrinə əsasən, Azərbaycanın milli yığma komandası Gürcüstan (3:2), Makedoniya (4:1), Şimalı Kiprin birinci (5:0) və ikinci (5:0) komandaları üzərində qələbə qazanaraq və yalnız Türkiyə komandasına 5:0 hesabı ilə məğlub olaraq turnirin gümüş mükafatçısı adını qazanıb.



“Turnir haqqında Ümumi olaraq danışsaq,komandamız bütün yarışboyu yüksək nəticələr əldə edərək irəliləyirdi. Yarış çox maraqlı keçdi və təcrübə baxımından bizim üçün olduqca önəmli idi. Turnirin bu qədər yaxşı nəticələnməsi sevindirici bir haldır. Hazırda idmançılarımız dekabrın 19-22-də İstanbulda keçiriləcək yarışa hazırlaşırlar”, - deyə badminton idman növü üzrə Azərbaycan milli yığma komandasının baş məşqçisi Ceyhun Məmmədəliyev bildirib.