Volkswagen Niderlandlı və Alman futbol azarkeşlərinə Avropa Çempionatının həlledici matçını gözləməyi deyil , virtual cərimənin köməyi ilə münasibətlərini aydınlaşdırmağı təklif edir.
Niderland və Almaniya yığmaları 13 iyun tarİxində Ukraynada futbol meydanına çıxacaqlar. Lakin milyonlarla azarkeş matçın nəticələrini gözləməyi arzu etmirlər, dərhal futbol üstünlüklərini sübut etmək istəyirlər. Ən azı, belə insayt Volkswagen digital-layihəsinin əsasında qoyulmuşdur.
Rəqəmli futbolu Facebook-un real holland və alman istifadəçiləri oynayırlar. Hər ölkə üçün milli komandasının şərəfini müdafiə edə biləcək əlavə proqram hazırlanmışdır: Das Interland və Das Länderspiel.
Proqram opponentin oyuna hazır olub-olmadığını müəyyən edir və hazır olmadığı halda rəqib üçün ‘’robot’’ oynayır. İnnovasiya texnologiyası yalnız kompüterlərdə deyil, həm də mobil qurğularda interaktivi mümkün edir.
Volkswagen reklam kampaniyası holland və alman idarələrinin əməkdaşlığında hazırlanmışdır. 2 ayrı promo-çarx çəkilmişdir - Holland versiyasında ümumi süjet və stilistika almanların üzərində hökmranlıq və əksinə qeyd olunur.
Kampaniyanın başlamasının ilk günü virtual qapılara 25 000 zərbə (vuruş) edilmişdi, əlavənin (proqram) özü isə App Store-da ən yaxşı 10-luğa daxil edilmişdir.