1999-cu ildə qurulan e-ticarət şirkəti Alibaba Group, 2016-cı ildə Walmartı keçərək hazırda dünyanın ən böyük pərakəndəçisi oldu. 2016 maliyyə ilinin sonunda şirkət, ümumi bazar dəyərini 3 trilyon (təxminən 476 milyard dollar) olaraq açıqladı. Alıcı və satıcıların görüşdüyü "marketplace" tətbiqinin yanında, birbaşa satış imkanları Alibabanı bu nöqtəyə gətirən xüsusiyyətlərdir. İndi şirkət bu xüsusiyyətlərinin yanına online ödəmə sistemləri, bulud texnologiyaları və mesajlaşma tətbiqlərini də əlavə etdi.



Şirkətin inkişaf hekayəsinə gəldikdə isə Alibaba, 1999-cu ildə Jack Ma tərəfindən Hangzhou'daki evində quruldu. Yapon SoftBank'ın Başçısı Masayoshi Son və Goldman Sachs başlanğıcda biznes üçün online bir görüşmə yeri olaraq hazırlanan Alibabanın ilk sərmayəçilərindən biri idi.



2002-ci ildə Ma, iş modelinin mərkəzini eBay və Çinli ortağı olan EachNet kimi saytlarla rəqabət etmək üçün dəyişdirməyi təklif etdi və Taobao.com-u qurdu. 2014-cü ildə Çində 250 milyon alıcı, Alibabanın e-ticarət kanalları üzərindən verdi. Bu da ölkədəki ümumi paket təslimatının 60%-i demək idi. Eyni ildə Alibaba, New York birjasında əməliyyat görməyə başladı və firmanın dəyəri 20 milyard dollar yüksələrək 231 milyard dollara çatdı.