2014-ci ildə Forbes "Dünyanın Ən Güclü 100 məşhuru" siyahısına 33 Milyon dollar gəliri ilə 19.sıradan daxil olan 30 yaşındakı sənətçinin; 24 milyondan artıq albom, 125 milyondan artıq single satışı var. Bundan əlavə bu gün Lady Gaga 5 dənə Grammy alaraq musiqi müvəffəqiyyətini də sübut etmiş sənətçidir. Bununla belə Twitter-də 45 milyona çatan təqibçisi və Facebook-67 milyonu keçən bəyənmə sayı ilə bu sıralar adından çox söz ettirməsidə hələ ağırlığını qoruduğunu sübut edir.
Bir anda ya da təsadüfi olmadığını bildiyimiz "Lady Gaga əfsanəsi" həqiqətinə strateji olaraq yaxınlaşdığımızda çıxara biləcəyimiz dərslər nələr ola bilər ?
1. Hekayə Yaratmaq
Məşhur atalar sözü həmişə "Content is King" deyir ya Gaga-da da bu belədir. İnsanların insanları təqib edəcəyinin fərqində olan Gaga, bir hekayə və təqib ediləsi bir xarakter yaradıb. "There is nobody like me and there never was." (Mənə bənzəyən kimsə yoxdur və heç vaxt olmadı.) deyən, bunu hər qadının da özü üçün söyləməsi lazım olduğunu vurğulayan sənətçi, nizamlı olaraq özünü güclü hiss etdiyi mövzularda danışır və məşhurluğunu itirməməyi bacarır. Bir tərəf seçir və bunun arxasında müvəffəqiyyətlə dayanır, elə ki fərqli olduqları üçün alçaldılan, cəmiyyətdə özünü marjinal (xaricə itilmiş) hiss edən kəslərin ən böyük dəstəkçilərindən biri Lady Gagadır. Hətta 2012-ci ildə Rusiyada bir konserti əsnasında LBGT hüquqlar ilə əlaqədar danışdığı üçün homoseksual təbliğat iddiası ilə həbs olunma təhlükəsi keçirmişdir.
Deməli bir tərəf seçib, arxasında durmaq (biz buna hədəf kütlə deyirik) doğru insanları özünə çəkmək üçün istifadə edilən ən təsirli üsullardan biridir.
2. Fokuslanmaq
Əslində bu strategiya Lady Gaganın "sədaqət marketinqi" meydana gətirməsinin tipik bir nümunəsi olaraq göstərilə bilər. Sosial mediada milyonlarla təqibçisi olmasına baxmayaraq o, heyran kütləsinin yalnız 1% -ini əhatə edən həddindən artıq fanatik heyran kütləsinə fokuslanaraq kiçik amma sadiq, stabil bir pərəstişkar təməli meydana gətirir, onları sanki "WOMM" (ağızdan ağıza marketinq) üçün yetişdirir. Həmçinin Gaga, pərəstişkarları ilə web-saytı üzərindən danışır, pərəstişkarlarına xüsusi Tweet atır. Onlara pulsuz konsert biletləri verərək, konsertində səhnəyə çıxararaq o pərəstişkarını superstar kimi hiss etdirib ,onların ürəyini qazana bilir. Sanki pərəstişkarlarının pərəstişkarı kimi davranır.
3. Birlik Yaratmaq və aid olmaq duyğusu yaratmaq
Yuxarıda bəhs etdiyimiz həddindən artıq fanatik pərəstişkar kütləsi https://littlemonsters.com/ bu saytda toplanır , fotoşəkil, tur və konsert məlumatları vs. bölüşürlər. Bundan əlavə Lady Gaga-da bu vebsayt üzərindən pərəstişkarları ilə həftəlik ünsiyyət qurur, pərəstişkarlarına xüsusi mesajlar yollayır, paylaşımlarına şərhlər edir. Beləliklə öz heyran kütləsi üçün meydana gətirdiyi bu online birlik ilə onları bir arada tutur, onlara bir ad verərək (Little Monsters) onlara aid olduqlarını hiss etdikləri bir sahədə yaradır.
4. Fərqli olmaq
Lady Gaga üçün hər nə qədər şablon bir ifadə olacaqsa da bəli, bu qadın fərqlidir! Bu qadın üçün mükafat mərasimində ətdən paltar geyinib gəlməkdə bir qəribəlik yoxdur. Onun strategiyası insanlara mən fərqliyəm demək yerinə fərqi onlara göstərməkdir.
5. Haqqında danışılan insan olmaq
İnsanlara haqqında danışacaqları vəsaiti ən sadə yoldan "özü" təmin etdiyi üçün o Word of Mouth Marketing (Ağızdan- Ağıza Marketinq) kraliçasıdır. Elə şeylər edir ki haqqındakı xəbərləri istəməsəniz belə eşitmiş olursunuz, çünki O sadiq azarkeşləri "kiçik canavarlarla" canlı performanslarını və fotoşəkillərini paylaşmalarına icazə verir, və qarşımıza davamlı yaradıcı məzmunla çıxır.