Hər keçən gün yeni bir elektrik mühərrikli avtomobil ilə əlaqədar xəbər gördüyümüz bu günlərdə yeni bir xəbər də Audi cəbhəsindən gəldi. Audi, crossover SUV sinifindəki yeni elektrikli avtomobilini tanıtdı.
Audi e-tron Sportback adlı vasitə, 0-dan 100 km sürətə təxminən olaraq 4,5 saniyədə çıxa bilir və sahib olduğu 95 kilovat-saat gücündəki batareya tam dolu olduqda, tək səfərdə 480 km yol qət edir.
Audi, daha əvvəl başqa bir elektrik mühərrikli avtomobili olan e-tron quattro-nu təqdim etmiş və bu avtomobili 2018-ci ildə satışa təqdim edəcəyini açıqlamışdı. Audi e-tron Sportback-in istehsalı isə 2019-ci ildə başlayacaq. Bununla birlikdə Audi, 2020-ci ildə ən az 3 fərqli elektrikli avtomobil modelini bazara çıxarmağı hədəfləyir. Bundan başqa şirkət, 2025-ci ilə qədər də avtomobillərinin dörddə birinin elektrik mühərrikli olmasını məqsəd qoyur.
Audi e-tron Sportback-in, Teslanın SUV sinifindəki elektrik mühərrikli avtomobili Model X-ə rəqib olması gözlənilir. İlk Tesla Model X marka avtomobillərinin çatdırılması, Sentyabr 2015-ci ildə həyata keçirildi və Dekabr 2016-cı ildə etibarilə 25.000 ədəddən çox satılıb.