“United Airlines” Aviaşirkəti axırınci dəfə baş vermiş hadisədən sonra 1 milyard dollar ucuzlaşıb. Səhmlərin dəyəri KİV və sosial şəbəkələrin etiraz dalğası nəticəsində düşüb.
Sərnişin və aviaşirkət əməkdaşlarının qarşıdurması 9 aprel baş verib. Çikaqodan Luisvillə gedən reys qədərindən artıq dolu olduğuna görə,4 aviaşirkət əməkdaşı üçün yer boşalması tələb olunub. 800 dollar kompensasiya təklif olunsada heç kəs yeri boşaltmayıb.
Təsadüfi şəkildə 4 sərnişin seçilərək yerin boşanılması tələb olunub. Bir sərnişin həkim olduğunu və pasiyentlərin yanına tələsdiyini bildirərk yerini tərk etməyəcəyini bildirib. Danışıqlar nəticəsiz olduğuna görə mühafizə xidməti sərnişinin burnunu sındıraraq güclə təyyarədən çıxarıb.Nəticədə reys iki saat gecikib və sərnişin xəstəxanaya düşüb.Baş verənlər anında sosial şəbəkələrə yayılıb.
Yalnız iki gün keçdikdən sonra United Airlines başçısı sərnişindən üzr istəyib və hadisənin araşdırılacağını bildirib.
Buna baxmayaraq sosial şəbəkə istifadəçiləri top menecerin qovulması üçün imza yığmağa başlayıb.
Sosial media vasitəsi ilə yeni üsullar tapan istifadəçilər Twitter sosial şəbəkəsində #NewUnitedAirlinesMottos və #BoycottUnitedAirlines kimi yazılar paylaşmağı təklif ediblər. İstifadəçilər aviaşirkəti istehza edərək heyətin şirkət üçün sərnişinlərdən daha önəmli olduğunu deyib və telefonda olan programın Drag an Drop funksiyasını lağa qoyublar.
Hadisə ilə bağlı “Emirates” aviaşirkəti “İsti İzlərlə” adlı videoçaxr yayınlayıb. Hadisənin parodiyası isə Cimmi Kimmel şousunda təqdim olunub.