Şirkət ilk dəfə olaraq bir il əvvəl həyata keçirilən xərclərin 10 milyard dollar azaldılması haqqında olan geniş plan barədə ətraflı məlumat verib. Martketinq xərclərinin azadılmasına maliyyə ilinin üçüncü rübündə verilən hesabata əsasən qərar verilib. Hesabat, marketinq xərclərinin artmasına baxmayraq gəlirin və inkişaf edən bazarlarda şirkət payının düşməsini əks etdirib.
Xərclərin azaldılması planı ilə yanaşı P&G şirkəti istehlakçıların gözündə "ən yaxşı" olmağı planlaşdırır. Ilk növbədə bu xərclərin kütləvi şəkildə azaldılması, bundan əlavə: mediya xərclərinin 1 milyard dollar, agentliklərin komissiya xərclərini 500 milyon dollar azaldılması və bunun nəticəsində şirkətin ümumi xərclərinin 1.5 milyard dollar azalmasıdır. Mətbuat katibi kreativ tədbirlər xərclərinin azaldılmasının ildə yalnız 1 milyard dollarla məhdudlaşmayacağını vurgulayıb.
P&G şirkəti 12-13 milyard dollarlıq ümumi qənaət strategiyası barədə də məlumat verib. Başqa sahələrdə olunan qənaət , xüsusi olaraq material, qablaşdırılma, istehsal və nəqliyyat xərclərinin təxminən 7 milyar dollar azaldılması nəticəsində, azad olunan vəsaitin marketinq xərclərinə israf olunacağı qərara alınıb.
Bu uzunmüddətli planlara baxmayaraq əvvəlki rübdə P&G şirkətinin xərcləri 1,7 milyard dollar, ötən ilin eyni dövrü agentliklərə olan ödənişlər, media və reklam xərcləri isə 1,8 milyard dollar artıb. Ümumi olaraq marketinq xərcləri 2.6 milyard dollar təşkil edərək stabil vəziyyətdə qalır.
İkinci növbədə, P&G strateji brendinq konsepsiyasını dəyişir: artıq ideya Superiority Irresistible ("Qarşısıalınmaz Üstünlük") kimi səslənəcək.