Amazon çayının dənizə qarışdığı bölgədə bir çox canlının yaşadığı mərcan rifi kəşf edildi. Amma 60-dan çox canlı növünə ev sahibliyi edən bu fauna BP'nin ərazinin yaxınlarında gerçəkləşdirməyi planladığı neft axtarışlarına görə təhlükə altındadı. Şirkətin planlarının qarşısını almağa çalışan Greenpeace isə Sakit okeanının ən məşhur süngəri olan SpongeBob'la iş birliyi edərək kampanya hazırladı.
Greenpeace SpongeBob'u seçmə səbəbini açıqlayarkən "Şübhəli bir şəkildə mətbəx süngərini xatırladan SpongeBob əslində bir dəniz süngəridir.SpongeBob təhdid altında olan Amazon rifinə çox oxşayan bir mərcan rifində yaşayır. SpongeBob'un yaradıcısı Stephen Hillenburg uşaqlara okeanı qorumağı öyrətmək üçün SpongeBob xarakterinə həyat verən bir dəniz bioloqudur" deyir.
Rifdə yaşayan məşhur bir sima olan SpongeBob'a kampanyada yer verərək izləyicilər üzərindəki təsirini daha çox yaxşılıq etmək üçün istifadə edə biləcəklərini də qeyd edən Greenpeace'in Bikini Bottom sakiniylə hazırladığı kampanya "Don't Panic Partners" imzası daşıyır.



