Brendlərin özlərini ifadə edərkən istifadə etdikləri vasitələrdən ən öndə gələnlərdən biri də sloqanlardır. Bu sloqanlar bəzən brendə aid olmaqdan çıxıb insaların tez-tez istifadə etdikləri ifadələrə çevrilir.


Bəs bu günə qədər edilmiş və dünyada səs gətirmiş sloqanlar hansılardır? Pazarlamasyon.com'un araştırma nəticələrinə görə ən uğurlu 5 sloqanı təqdim edirik.


Çünkü Ben Buna Değerim – L’Oréal

Siyahının 5-ci sırasında L’Oréal var. 70’lərdəki ictimai təkamül və feminizm nəticəsində L’oreal tərəfindən hazırlanan ‘Çünkü ben buna değerim‘ sloqanı aradan 40 il keçməsinə baxmayaraq hələ də istifadə edilir. O zamanın şəraitini anlamaq üçün kiçik bir qeyd: L’oreal’ın rəqabət etdiği brendlər, reklamlarında belə oğlan səsindən istifadə edirdilər. Düşünün, kişi səsiylə qadınlara aid məhsulları satırsınız! L’oreal, reklamında qadın səsi istifadə edən ilk brend olmaq xüsusiyyətini daşıyır.


Think Small – Volkswagen Beetle

"Think Small" sloqanı siyahının dördüncü sırasında yer alır. 1959-cu ildə Helmut Krone tərəfindən hazırlanan "Think Small’ kampanyası, Volkswagen’in Beetle (Vosvos) modelini ifadə edə biləcək ən yaxşı sloqandır. Brend, bu sloqan-məhsul harmoniyası sayəsində milyonlarca insanı Vosvos sevdalısı etdi. Bu model, günümüzde belə bir çox insan üçün ‘bir avtomobildən daha artığı’nı ifadə edir.


Think Different – Apple

Bu siyahıda Apple’ın ‘Think Different’ sloqanına yer verməmək olmazdı. Yəqinki, siyahının üçüncü sırasındakı sloqanın əldə etdiyi uğurdan danışmağa ehtiyac yoxdur. Sloqanın istifadə etdiyi reklam filmi hələ də yeni kimi yaddaşlardadır.


Connecting People – Nokia

Nokia’nın əfsanə sloqanı "Connecting People" isə siyahının ikinci sırasında yerləşib. Finli mobil telefonu istehsalçısı ilk olaraq 1992-ci ildə hazırlanmış olan reklam kampanyasında eşidilən "Connecting People" sloqanı, illərlə Nokia’nı mobil telefonu bazarında lider etdi. O zamandan bu günə tam 25 il keçsə də mobil telefonu deyildiyində bir çoxumuzun ağlına Nokia’nın sloqanı və səs tonu gəlir.


Just Do It – Nike

Birinci sırada Nike’ın "Just Do It" sloqanı var. Nike’ın reklam agentliyi Wiedenand Kennedy və bir qrup Nike işçisi tərəfindən 1988-ci ildə inkişaf etdirilən sloqan və sloqan ətrafında formalaşan satışın stimullaşdırılması kampanyaları sayəsində, Nike’ın idman ayaqqabısındakı bazar payı 'dən %43’ə qalxdı.