Səyahəti həvəskarları yəqin ki, DutyFree mağazalarında tez-tez olurlar. Bəs bu
mağazalarla bağlı nə dərəcədə məlumatlıyıq? Azad ticarət zonalarında fəaliyyət
göstərən bu mağazalar vergi və rüsumlardan azad olunduğundan buradakı
məhsuallar da normal mağazalardakına nisbətən ucuzdur.
Burada məşhur brendlərin 100% orijinal spirtli içkiləri və tütün məhsulları,
tanınmış dünya istehsalçılarının ətriyyat və kosmetik məhsulları, müxtəlif qənnadı
məhsulları, eləcə də səyahət çantaları, çamadan, yastıq və rahat səyahət üçün lazım olan digər əşyaların geniş çeşidi mövcuddur. Heydər Əliyev Adına Beynəlxalq Hava Limanındakı DutyFree mağazalarında (dutyfree.az) satılan məhsulların
orijinallığına 100%lik zəmanəti isə Almaniyanın məşhur Heinemann təchizatçısı verir. Lakin diqqət olunası bir məqam, bəzi ölkələrdəki Duty Free mağazalarındakı
məhsulların zənn edildiyi qədər ucuz qiymətə olmamasıdır. Bu baxımdan
alacağınız məhsulların qiymətlərini əvvəldən bilmək və müqayisə etmək üçün son
dövrlər olduqca populyar olan MyDutyFree tətbiqindən istifadə edə bilərsiniz.
Belə ki, səyahət edən və ya edəcək şəxslər MyDutyFree.Net saytına daxil olaraq
və ya mobil tətbiqini (Android ), (iOS) yükləyərək onlayn olaraq, istədiyi məhsulun
qiymətilə maraqlana, sifariş verə bilərlər. Sonda isə öncədən etdikləri online
sifarişlərini səyahət zamanı hava limanlarındakı DutyFree mağazalarından təslim
ala bilərlər. MyDutyFree vasitsəilə edilən alış-verişlərdə alıcılar 10%-lik endirim
də qazanırlar. Başqa sözlə MyDutyFree, səyahət və alışveriş həvəskarları üçün
duty-free ticarəti sürətli və daha ucuz olaraq təklif edən bir servisdir.
Əgər Siz də yay istirahətinizdə səyahət və sərfəli alış-veriş düşünürsünüzsə,
MyDutyFree-ni yaddan çıxarmayın.
Ətraflı məlumat üçün aşağıdakı linkə klikləyin:
https://www.youtube.com/watch?v=XuofNg09B8g

